Şirniyyat və şokolad sevənləri hansı xəstəliklər gözləyir?

Baxılıb:360
Şirniyyat və şokolad sevənləri hansı xəstəliklər gözləyir?

Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Ginzburq soda, şirniyyat və qənnadı məmulatlarından sui-istifadənin təhlükələrindən danışıb.

O, qeyd edib ki, ləzzətli qidaların qəbulunun gecikmiş nəticələri tədricən üzə çıxır. Bu fəsadlar illər keçdikcə ciddi xəstəliklərə səbəb ola bilər: ikinci tip şəkərli diabet, diabetik daban, korluq, böyrək çatışmazlığı və s.

Qazlı işkilərə gəldikdə, Ginzburqun fikrincə, onlar bədəndən fosforu yuyub aparır və hipertoniyanın inkişafına səbəb olur.

Həkimin sözləinə görə, şirniyyat xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, bu məhsullar sayəsində onlarda piylənmə inkişaf edə bilər ki, bu da özlüyündə ciddi nəticələrə gətirib çıxaracaq.

Mənbə: ferra.ru


Abunəlik