Sığınacağa sığınmış körpələrin maddiyyat istənilməsi üçün istifadəsi istismar deyilmi?- VİDEO

Baxılıb:309
Sığınacağa sığınmış körpələrin maddiyyat istənilməsi üçün istifadəsi istismar deyilmi?- VİDEO

Daxili İşlər Nazirliyi təşəbbüsü ilə yaradılmış və nəzarətində məişət  zorakılığına məruz qalmış, insan alveri qurbanlarına  dəstək, onların cəmiyyətdən təcrid olunmaması məqsədi ilə uzun illərdir ki, qurumlar fəaliyyət göstərir.   Azərbaycanda “Təmiz Dünya Qadınlara yardım ” ictimai birliyinin nəzdində  “Təmas” regional Gəncə təşkilatı  və “Azərbaycan  Uşaqları İctimai birliyi”nin  nəzdində uşaq sığınacağı rentiqrasiya mərkəzi kimi və foster ailə kimi fəaliyyət göstərən “Ümid yeri” var.
Uşaq evləri isə Təhsil Nazirliyinin nəzdində olan dövlət qurumlarıdır.
Bu günkü vəziyyətdə hər bir kəsin  arzusunda olduğu belə təşkilatların çox olmasıdır. Nəyi pisdir ki, küçədə istismara məruz qalan körpələrimizin və qadınlarımızın sığınacağı güvənli məkanların cöx olmasının? Amma belə təşkilatların peşəkar şəxslər tərəfindən idarə olunması vacibdir. Əgər bir şəxsin uşaq hüquqlarından xəbəri yoxdursa, o insan haqları barədə bir cümlə belə məlumatlı deyilsə necə əzilmiş, istismara məruz qalmış kibirini müdafiə edə bilər?
Bir neçə gündür ki, sosial şəbəkələrdə qarşımıza çıxan video rolik bu mövzuda dönə-dönə düşünməyə sövq edir insanı.
Nizami rayonu ərazisində yerləşdiyi deyilən “Sevgi” uşaq evi.Qadınvə uşaq sığınacağı” adlı qurumun rəhbəri kimi təqdim edən bir xanım doqquz azyaşlı uşaqla birlikdə insanlara müraciət edir. Müraciətdə qeyd olunur ki, o, sığınacağın yerləşdiyi məkanın kirayəsini ödəyə bilmir və bunun üçün uşaqların çağırışından istifadə edir. Xanımla əlaqə saxladıq. O qeyd etdi ki, mən sayt rəhbəriyəm. Sual:
-Sizin nizamnamənin,lesenziyanız varmı?
-Qeyri dövlət təskilatıyıq.
Sual:
-Sizin uşaq hüquqlarından xəbəriniz varmı? O uşaqların üzləri görünür və siz kömək istəyirsiniz.
– Mənim hər şeydən xəbərim var. Nə etdiyimi bilirəm. Sizin başqa sualınız yoxdur ki?
-Xeyir.
Dəstək asılır.
Biz neçə-neçə dövlət xadimlərinin ,şou- biznes nümayəndələrinin,aktyorların   və s.  və ilaxır şəxslərin    məhz uşaq evlərindən və zorakılığa məruz qalanlar sırasından çıxdığının şahidi olmuşuq. Bu yaşda olan körpələr nəyin  doğru nəyin səhv olduğunu bilmirlər.   Körpələrin  kamera qarşısına çıxarılaraq maddiyyat istənilməsi özü bir istismar deyilmi?

Pərvin Abışova /AzTimes.az/


Abunəlik