Sidiyin rəngi bu xəstəliklərə işarə edir- İZAH

Baxılıb:410
Sidiyin rəngi bu xəstəliklərə işarə edir- İZAH

Normada sidik şəffaf açıq sarı rəngdə olmalıdır.
Sidiyin rəngi dəyişildikdə, sidikdə çöküntü, köpük əmələ gəldikdə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliklərin simptomu ola bilə.
Sidiyin rənginin dəyişilməsinə səbəb olan bəzi xəstəliklərin və pozulmaların siyahısını təqdim edirik.Normal sidik

Çox açıq rəngdə, rəngsiz sidik

Bu həddindən artıq su içən insanlarda və ya şəkərli diabetdən əziyyət çəkənlərdə ola bilər.
Tünd sarı sidik

Bu o deməkdir ki, siz az su içirsiniz və orqanizminizdə susuzlaşma gedir.
Qırmızı sidik

Bu ciddi simptomdur. İnfeksiya, böyrək daşı xəstəliyi, böyrək və ya sidik kisəsi xərçəngi, kişilərdə prostat vəzi xəstəliklərinə işarə edə bilər.
Bəzən qırmızı sidiyin səbəbi xəstəlik deyil bəzi qidaların (çuğundur, böyürtkən və s.) həddindən artıq istehlakı, bəzi dərman preparatların qıbulu ola bilər.
Göy sidik

Bunun səbəbi bəzi dərmanlar və nadir irsi xəstəlik olan hiperkalsiyemiya ola bilər.
Qəhvəyi sidik

Ağır qaraciyər (sirroz, qaraciyər xərçəngi), böyrək xəstəlikləri sidiyin qəhvəyi rəngdə olmasına səbəb ola bilər.
Həmçinin bunun səbəbi bəzi dərmanların qəbulu da ola bilər.
Bulanıq sidik

Bu infeksiya və ya böyrək daşı xəstəliyinin simptomu ola bilər.
Köpüklü sidik

Bu hal daim təkrarlanırsa, mütləq həkimə müraciət edin. Bu ağır böyrək xəstəliklərinə, şəkərli diabetə, ağır beyin və ürək-damar sistemi xəstəliklərinə, kişilərdə eyakulyasiya problemlərinə işarə edə bilər. Saglamolun.az


Abunəlik