SEVİNDİRİCİ XƏBƏR: bəzi xərçəng növləri sıfır mərhələdə aşkarlana bilir
Sıfır mərhələdə döş, dəri, uşaqlıq boynu və prostat xərçəngi aşkar edilə bilər. Əsas odur ki, həkimlərə müaraciət edrək profilaktik müayinələrdən keçin.
Bu barədə onkoloq Sergey Pikulin məlumat verib.
“İntraepitelial mərhələ sıfır, təsadüfi bir tapıntı və ya həkimə vaxtında müraciətin nəticəsində xərçəngi yerindəcə aşkarlamaq olar.
Çox vaxt xərçəngin sıfır mərhələsi uşaqlıq boynu, ağız boşluğu, mədə və bağırsaqların selikli qişasında aşkar edilir. Döş, prostat və dəridə şişləri yerində aşkar etmək də mümkündür”, – onkoloq deyib.
Pikulin pasientləri həkimlərlə vaxtında əlaqə saxlamağa çağırıb, çünki xərçəng şişlərində ölümcül xəstəlik reputasiyası gec mərhələlərdə aşkarlanma halları səbəbindən yaranır.