” Sevincin etdiyi alış-verişin markalarını kişilər müzakirəyə çıxaranda…” Jurnalist Osmanqızını müdafiəyə qalxdı???
Niyə küsdülər?..
Sevinc Osmanqızının fəaliyyəti heç zaman Azərbaycan dövlətinin maraqları ilə uyğun olmayıb. Təkcə onu yox, onlarla belə sevinci Azərbaycana qarşı kim döndərib bu da bir sirri-xudadır əslində?!.. Yaxşı xatırlayıram Sevincin Azərbaycanda layihəsi əlində görüşlər keçirdiyi, sponsor aradığı günləri…Etmədilər, o da belə getdi…Əslində getməməliydi, incik salınmamalıydı, buna yol vermək olmazdı! Təkcə Sevinc yox, ümumiyyətlə, bütün sahələrdə peşəkarlar qorunmalı idi. Nə isə…
…Onu efirdə Əli Kərimli üçün ağlayanda da qınamışam. Azərbaycandan müəmmalı qaçışında da.
…Amma onun və haqqımda ağzına gələn ədəbsizliyi yazan və danışan Xədicə Ismayılın şəxsi həyatına yönəlik deyilənləri, göstərilənləri də iyrənclik bilmişəm. Sevincin etdiyi alış-verişin markalarını kişilər müzakirəyə çıxaranda, özümə gələcək zərbələri düşünmədən, yazmışam ki, kişi qadının alıb geyindiyi bütün növ paltarları və onun markasını müzakirə eləməz. Bu azərbaycanlı kişiyə yaraşmayan işdir. Bizdən oğurladıqları pullarla bulvar yolundakı brend mağazalarda, neçə minlik kartları olan məmur ailələrini niyə müzakirə eləmir ki, o kişilər? Nəysə, bunu da keçək…
…Gələk zurnanın züy dediyi yerə. Məndə votsap nömrəsi olsa özüm atardım, amma təəssüf, yoxdur. Odur ki, Osman kişinin Sevincinə deyin, yüz dəfə yazdım, bir dəfə anlamadı. Bu da olsun yüz birinci, ümidvaram anlayar.
Əli Kərimli bir hökumətlik kadrı olan ACXP-ni yetmiş budaq elədi. Şəxsi marağı üçün.
Əli Kərimli hətta onu gerçəkdən sevib, lider bilənlərin cəm olduğu “Yurd” təşkilatını darmadağın elədi.
Əli Kərimli “Azadlıq” qəzeti boyda nəhəngi firqə qəzetinə döndərdi, sonra də qrant biznesi üçün gəlir mənbəyinə çevirdi. Hamını maaşsız qoydu.
Əli Kərimlinin çevrəsində onlarla əqidəli sanballı gənclər var idi, hamısı qaçdı. Indiki AXCP-də bir ya iki işıqlı adam ola, ya olmaya…
Əli Kərimlini təmənnasız mühafizə edən, onlarla idmançı var idi, hamısı yanından qaçdı.
Əli Kərimli onlarla gəncin həbsinə səbəb oldu.
Əli Kərimlinin yanından ayrılan ən sadiq dostlarının bircəciyini danışdırın, görün nələr deyəcəklər…
Əli Kərimlinin “sərt” mitinqlərinin ömrü, Ramiz Mehtiyev işdən çıxanacan oldu.
Əli Kərimli indi Qarabağ məsələsinin soyuq müharibə formatında Azərbaycan dövlətinin çökdürülməsi işini aparır.
Əli Kərimli NEXTA-nın informasiya siyasətinin daşıyıcısıdır. Belarusda, Rusiyada olduğu kimi, Azərbaycanda gəncliyi dövlətə qarşı yönəltmək üçün tapşırıqları reallaşdırır. Inanmayan NEXTA Teleqram kanalını izləsin və Əli Kərimlinin çıxışları ilə müqayisə eləsin.
Variant yoxdur. Hədəfi ABŞ-ı dağıtmaq olan SOROS onu və mövcud təşkilatını başqa cür maliyələşdirməyəcək. Və təbii, Sevincin potronları da daha ona öz tribunasını verməyəcək. Çünki düşmən dostudur.
Aylar öncə bunu yazırdım. Xanım Mirzəyeva Osman qızı, hətta daha çoxunu bilirdi. Ikimizin də bildiyi, amma yazılması hələ uyğun olmayan daha neçə mətləbləri bilirdi, indimi anlayıb kimlərlə bir arada, bir şurada imiş?
Indi yolları kəsişmir, haçalanır, təhdidə keçiblər. Kimsə Sevincə səni çökdürəcəyik deyir.
Əslində iki nəhəngin savaşının tən ortasında qalıb bu xanım. Çünki bu əslində Kərimlinin Sevinclə qovğası deyil. Bu, maliyyə gəlirindən də öncə, Sorosun ABŞ-a açdığı informasiya savaşının tərkibidir. Bu oyunun ən zəif bəndi isə Sevinc və Osmanqızı TV-dir. Yəni çöksə, təəcüblənməyin…
Jalə Mütəllimova/AzTimes.az/