Sentyabrın 15-də dərslərlə bağlı VACİB XƏBƏR – MİLLƏT VƏKİLİ AÇIQLADI…
Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.
Qarşıdan gələn növbəti tədris ilində ənənəvi təhsil bərpa olunacaq, yoxsa distant təhsil davam etdiriləcək?
Bununla bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bildirib ki, tədrisin hansı formada (ənənəvi, məsafədən, yoxsa hibrid) başlaması koronavirusla bağlı yaranmış şəraitdən asılı olacaq:
“Müvafiq hökumət qurumlarımız vəziyyəti dərindən öyrənir, bu baxımdan ən düzgün olan qərarı verəcəklər. Bizim isə vətəndaş kimi vəzifəmiz və borcumuz hökumətimizin qəbul etdiyi qərarlara riayət etmək olmalıdır”.
AzTimes.az