Sayılı günlər qalıb… – İsrail İrana hücum edəcək
ABŞ bir neçə gün ərzində İsrailin İrana hücum edəcəyini proqnozlaşdırır.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail İrana hücum ərəfəsindədir, sayılı günlər qalıb.
Nəşr ABŞ-ın İraqdakı diplomatik missiyasının diplomatların təcili təxliyəsinə başladığını vurğulayır.
ABŞ hökuməti isə şəxsi heyətini Küveytdən təxliyə etməyə hazırlaşır.
Agentlik qeyd edir ki, Böyük Britaniya bütün tankerlərə və digər gəmilərə Fars körfəzindən keçərkən ehtiyat rejimində qalmaları barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə yüksək səviyyəli hərbi komandirlərlə təhlükəsizlik toplantısı keçirib. ABŞ Yaxın Şərqdəki bütün hərbi obyektlərini tam hazırlıq vəziyyətinə gətirib.
Daha əvvəl bildirilmişdi ki, Pentaqonun rəhbəri Pit Heqset Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda ABŞ hərbçilərinin ailə üzvlərinin Mərkəzi Komandanlığın məsuliyyət zonasındakı obyektləri könüllü şəkildə tərk etməsinə icazə verib.
İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la silahlı münaqişə baş verəcəyi təqdirdə Tehranın Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarını vuracağını açıqlamışdı.