Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Baxılıb:79
Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib

AzTimes.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21 07” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

Əlibala Əsgərov AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir