Şamaxıda gənc özünü beşinci mərtəbədən atmaq istədi-Görün nə oldu

Baxılıb:482
Şamaxıda gənc özünü beşinci mərtəbədən atmaq istədi-Görün nə oldu

Şamaxıda özünü 5-ci mərtəbədən atmaq istəyən gənci FHN əməkdaşları xilas edib.

Şamaxıda intihara cəhdin qarşısı alınıb.

AzTimes.az -ın bölgə müxbirinin məlumatına görə, bu gün Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ramiz Ağayev beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Yaxınlıqdakı insanlar dərhal əraziyə FHN əməkdaşlarını çağırıblar. Ramiz Ağayevin intihar etmək cəhdinin qarşısı alınıb, ona tibbi yardım göstərilib.

Məlumata görə, I qrup əlil olan Ramiz Ağayev həmin binada kirayəda yaşayır. Onun özünə qəsd etmək istəməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Cahangir.Novruz /AzTimes.az/


Abunəlik