Salyanda həkimə inzibati tənbeh verildi-HƏKİM: “Yazdığım reseptə cavabdehəm, kimə istəyir,şikayət etsin”
Ötən gün AzTimes.az-a şikayət yönləndirən Salyan rayon Qarabağlı kənd sakini Hüseyn Mustafayev iddia edir ki, həkim- pediatr Xoşbəxt Həsənova övladına səhv diaqnoz qoyub, müalicə yazıb. Nəticədə azyaşlının halı pisləşib.
Məsələ ilə bağlı əməkdaşımız həkimlə əlaqə saxlayıb. Xoşbəxt Həsənova bildirib ki, onun yazdığı reseptdə heç bir yalnışlıq yoxdur .” Mən izahatımı vermisəm. Əgər günahım varsa, məni işdən azad etsinlər. yazdığım dərmanlar duz yazılıb. Aptekçi vətəndaşa səhv dərman verib. Onun səhvidir. “
Amma valideyn də aptekəməkdasi da iddia edir ki, həkimin yazdığı dərmanın eynisi alınıb.
TƏBİB – dən saytın sorğusuna cavab olaraq bildirilib ki,
Məsələ Salyan RMX tərəfindən araşdırılıb. Vətəndaşla dəfələrlə əlaqə saxlanılaraq uşağın vəziyyəti öyrənilib. Uşağın vəziyyətinin stabil olduğu bildirilib. Pediatriya şöbəsinin rəhbərliyinə tapşırılıb ki, uşağı daimi nəzarətdə saxlasınlar.
TƏBİB sözcüsü Elnarə Baxış xəstəxanadan həkimə inzibati tənbeh verildiyini də vurğulayıb.
Burdan maraqlı sual çıxır: əgər həkim günahsızdırsa, niyə tənbeh verilir? Vətəndaş haqlıdırsa, niyə mərkəzi xəstəxana həkiminin əməlini ört-basdır edilir?
Mövzuya qayıdacağıq.