Salyanda mağaza və evlərdən oğurluq edən şəxs tutuldu

Baxılıb:145
Salyanda mağaza və evlərdən oğurluq edən şəxs tutuldu

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayının 31-də rayonun Xurşud kəndi ərazisində yerləşən evlərin birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən həmin kənd sakini Əfsun Miriyev saxlanılıb.

Ə.Miriyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqust ayının 24-də yaşadığı kənd ərazisində yerləşən bir mağazadan 1300 manat pul oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.


Abunəlik