Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qarabağlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Baxılıb:690
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  Qarabağlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasının, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərləri barədə geniş məlumatlar verib. “Ağ ölümün” cəmiyyət üçün törətdiyi fəsadlardan danışan şöbə rəisi, onun qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu bildirib. Daha sonra narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan şöbə rəisi, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik