Məmur bacısının evini dağıdır?Azadəli-Elşən-Məzahir üçlüyü nələr edir– VİDEO

Baxılıb:96
Məmur bacısının evini dağıdır?Azadəli-Elşən-Məzahir üçlüyü nələr edir– VİDEO

Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə bağlı kütləvi şikayət var. Bir müddət öncə bu qurumun-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxmışdı. Belə ki, cumhuriyyet.az mediada yer alan məlumatlara istinadən bildirir ki, sözügedən MMC-nin vergi borcu 3254108.35 AZN təşkil edib. Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkətinin direktoru Mahmudov Məzahir Mahmud oğludur.. Şirkət 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir. M.Mahmudovdan əvvəl bu vəzifəni Azadəli Azadəliyev tutub. Sonradan A.Azadəliyev “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri təyin olunub və öz yerinə də Məzahir Mahmudovu təyin etdirib.Məhz A.azadəliyevin göstərişi ilə 01.02 . 2023 tarixdən bu idarədə işləyən Turab Nurəliyev dövlətdən maaş alsa da işə çıxmır, yalnız Azadəliyevə sürücülük edir. Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə idarə rəhbəri Elşən Cəfərovun və ondan əvvəl işləyən, hal-hazırda AAYDA-nin Nəqliyyat Şöbəsinin rəisi işləyən Azadəli Azadləiyevin və Məzahir Mahmudov burda özlərinə xüsusi biznes yaradıblar. Belə ki, tatra və digər texnikalar dövlət ehtiyyacları üçün deyil onların maraqları üçün işlədilir. Bu fəaliyyətin nəticəsi olab vətəndaş narazılığını əks etdirən videokadrları diqqətinizə çatdırırıq:


Abunəlik