Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Baxılıb:57
Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Suraxanı və Binəqədi rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 32 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, Binəqədi rayonu, 2-ci Mədən, korpus 98 ünvanında isə “Təmiz Qaz” QSC tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğv edilməsi məqsədilə avqustun 19-u saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu müddət ərzində Suraxanı rayonu üzrə Malik Mustafayev, Park və Səttar Bəhlulzadə küçələrinin, Binəqədi rayonu üzrə isə 1-ci, 2-ci və 3-cü Mədən adlanan ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Abunəlik