Şair Ramaldanov Nəcməddin Sadıqovun Dubay istirahəti haqqında:”Mən burada qeyri-adi nəsə bir şey görmürəm”.

Baxılıb:1291
Şair Ramaldanov Nəcməddin Sadıqovun Dubay istirahəti haqqında:”Mən burada qeyri-adi nəsə bir şey görmürəm”.

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

AzTimes.az  xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

“General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

“Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.


Abunəlik