Şahmatçımız erməni rəqibini məğlub etdi

Baxılıb:355
Şahmatçımız erməni rəqibini məğlub etdi

BƏƏ-də “Şarjah Masters” şahmat turnirində altıncı turun görüşləri keçirilib.

Azərbaycan şahmatçıları günü uğurla başa vurublar.

Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki beş partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarını məğlub edib.

Bu nəticələrdən sonra Süleymanlı dörd xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən bir xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə 30-cu yeri tutur. Eltac üç xallla 38-cidir.

Qeyd edək ki, “Şarjah Masters”də 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, VI tur

Aydın Suleymanlı – Haik Martirosyan (Ermənistan) – 1:0

Sarin Nihal (Hindistan) – Məhəmməd Muradlı – 0,5:0,5

Teymur Rəcəbov – Arseniy Nesterov (FİDE) – 1:0

Bibisara Assaubayeva (Qazaxıstan) – Eltac Səfərli – 0,5:0,5


Abunəlik