Sahil Babayev sosial yardım alanların sayını belə azaldır? – DSMF-dən daha bir GİLEY

Baxılıb:527
Sahil Babayev sosial yardım alanların sayını belə azaldır? – DSMF-dən daha bir GİLEY

Gəncə şəhər, Cavad xan küçəsi, 7-ci döngə, ev 32 ünvanında yaşayan Nağıyev Vüqar Natik oğlu ünvanlı sosial yardım ala bilmədiyindən şikayətlənir. Onun dediyinə görə , ünvanlı sosial yardım almaq üçün sənədlərini VEMTAS sisteminə göndərib.

Ancaq bir müddət sonra imtina cavabı gəlib. Səbəb kimi isə onun həyat yoldaşının adına olan Goranboy rayonunda yerləşən torpağın sənədlərinin göstərilməsi olub. Vüqar Nağıyev dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edib, ancaq ona bildirilib ki, həmin torpaq sahəsi onun adından çıxarılıb.

O, həmçinin sözügedən idarənin Goranboy rayon şöbəsinə də müraciət edib və eyni cavabı alıb. Son olaraq o, rəsmi qaydada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, heç bir cavab ala bilməyib. Nağıyev Vüqar Natik oğlu dövlət qurumları arasında əlaqənin olmadığına görə əziyyət çəkdiyini və maddi sıxıntılar içərisində yaşamaq məcburiyətində qaldığını bildirir.
 //gozetci.az//


Abunəlik