Şahdağ və Ləzədə 8 dərəcə şaxta

Baxılıb:122
Şahdağ və Ləzədə 8 dərəcə şaxta

Gecə saatlarından başlayaraq şimal bölgəsində də hava dəyişib.

Quba və Qusar rayonlarında qar yağmağa başlayıb. Qar hələlik dağ kəndlərinə 2-3 sm yağsa da, bu gecə və səhər şaxtalı hava müşahidə edilib.

Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qrız kəndində -7,5  dərəcə şaxta qeydə alınıb.

Qusarın Ləzə kənd sakinlərinin verdiyi məlumata görə, hazırda kənddə və “Şahdağ” Turizm Mərkəzində 8 dərəcə şaxta qeydə  alınıb.

Hazırda həmin bölgədə və digər istiqamətlərdə qar yağması davam edir.


Abunəlik