Sahə müvəkkili saxta əskinas dövriyyəçisini evindən tapa bilmirmiş- Nazirə müraciət

Baxılıb:38
Sahə müvəkkili saxta əskinas dövriyyəçisini evindən tapa bilmirmiş- Nazirə müraciət

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində yaşayan sürücü Məmməd Həmidov tərəfindən 

«DİN-nin Xətai RPİ-nin 37-ci PB-nin sahə müvəkkilinin bizi aldadan saxta əskinaslar dövriyyəyə buraxan dələduzu evində tapa bilməməsi» barədə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Daxili işlər naziri cənab Vilayət Eyvazova, bir nüsxəsi də İfadetv.com İnformasiya Agentliyinə müraciət edərək özünü polis zabiti kimi təqdim edən, əslində isə cinayətkar əməlilə  cəmiyyət və dövlət üçün ciddi təhlükəli  yaradan bir caninin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Müraciətdən məlum olur ki, gecələr taksi sürücülərini hədəf seçərək onlara saxta əskinaslar sırımaqla dələduzluq edən “sərnişin”nin tapılaraq məsuliyyətə cəlb edilməsi işində ərazi aidiyyatı üzrə DİN-nin Xətai Rayon Polis İdarəsinin 37-ci polis Bölməsi tərəfindən aşkar edilə bilməməsi müəyyən şübhələr yaratmağa əsas verir. Yəni ortaklığa təbii sual çıxır ki, əgər cinayətkar kameraların altında avtomobilə minirsə, onun bank kartı əsasında müəyyən edilən ev ünvanı bəllidirsə, mobil telefonu məlumdursa, niyə ərazi üzrə sahə müvəkkili gecələr səhərədək taksi sürücülərinə saxta əskinaslar paylayan və gündüzlər evində rahat istirahət edən cinayətkarı ifşa etməkdə niyə acizlik göstərir? Müraciətin dövlət əhəmiyyətini də nəzərə alaraq onu dəyərli oxucularımızın diqqətinə mçatdırırıq:

“Mən, etibarnamə əsasında  idarə etdiyim 90 YG 498 “Toyota”  markalı avtomobillə gecə növbəsi üzrə taksi xidməti göstərərkən özünü Azad Əlizadə və əməliyyatçı  polis kapitanı kimi təqdim edən dələduz Yeni Yasamaldakı böyük “Bravo” marketin qarşısında sifariş verərək Əhmədli metrostansiyasına, sonra Babək prospektinə aparılmasını 10 dekabr 2024-cü il, gecə saat 3-34-də sifariş etmişdir. Sərnişin özünü yol boyu hansısa norkotik qardaşların tutulması üçün əməliyyat hazırladığını bildirərək digər əməkdaşı ilə görüşə getdiyini bildirmiş və yol boyu xidməti işilə bağlı gündəlik taksilərdən istifadə etdiyi üçün 130-140 manat xərci çıxdığını bildirmişdir. O Babək prospektində Nissan motorsun qarşı tərəfində qaranlıq yerdə 4-28-də düşüb gedərkən əlində tutduğu 100 manatlıq əskinası avtomobilin aşağı hissəsinə qoyub xırda pulunu istədi. Mən ona bu qədər xırda olmayacağını dedim. Və təklif etdim ki, pulun qalanını onun kartına köçürə bilərəm. Razılaşdı. Nağd olaraq 60 manat, qalan 14 manatı da Kapital bankdan olan kartına köçürdüm. Günorta bildim ki, onun verdiyi pul saxtadır. Dərhal DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim. 2 gündən sonra ərazi üzrə Xətai RPİ-nin 37-ci PB-dən təhqiqatçı Budaq müəlllim məni izahat yazmağa dəvət etdi. İzahatı yazdım. Budur, hadisədən 25 gün keçib lakin mənim kimi taksi sürücülərini hər gün gecələr aldadan dələduzu ( keçmiş polis işçisi olmasına şübhə olmayan) təhqiqatçı Budaq müəllimin dediyinə görə “…sahə müvəkkili gedib evindən tapıb təhqiqata gətirə bilmir.” Bunun sirrini mən bilməsəm də onu güman edirəm ki, sahə müvəkkili mobil telefonu, ev ünvanı, bank kartı, video görüntüsü ortalıqda olan saxta pul dövriyyəçisi olan Azad Əlizadə adlı şəxsi guya tapa bilmirmiş. Bəlkə də evində çay da içib gizli sövdələşir. Belə olmasaydı, dövlət və ictimaiyyət üçün iqtisadi təhlükə yaradan bir dələduzu uzağı 30 dəqiqəyə tapıb ortalığa çaxara bilərdilər. Necə ki, COP 29 zamanı ölkəmizə  Afrikanın Brundi dövlətindən qonaq gəlmiş bir qadına qarşı taksi sürücüsündən ondan artıq pul aldığına görə şikayət etdiyinə görə 45 dəqiqəyə sürücünü tapıb məsuliyyətə cəlb etmişlər. İndi hadisə əksinə baş verib. Yəni, məni kimi taksi sürücüsünü bir yaramaz “sərnişin” aldadıb, amma 25 gündür ki, tapıla bilmir. Bu hadisə mənə Mark Tvenin “ Ağ filin oğurlanması” əsərini yada aslır.
Ona görə də çoxhörmətli cənab Prezidentdən və Daxili İşlr naziri cənab Vilayət Eyvazovdan xahişim budur ki, məsələni şəxsi nazrətinə götürürərək təhlükəli dələduzun tapılması üçün daha savadlı, peşəkar polis işçisnə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk.


Abunəlik