Sağlam yaşlanmağa gedən yol dörd növ məşqdən keçir

Baxılıb:19
Sağlam yaşlanmağa gedən yol dörd növ məşqdən keçir

“Sağlam qocalmaq üçün dörd növ fiziki aktivliyi birləşdirmək lazımdır: aerobika, güc məşqləri, balans məşqləri və dartınma hərəkətləri”.

Bunu tibb elmləri doktoru Kirill Proşayev deyib.

Mütəxəssisin sözlərinə görə, yalnız fiziki aktivliyə kompleks yanaşma qocalıqda sağlamlığı təmin edir:

“Aerobika hərəkətləri (qaçış, üzgüçülük, velosiped sürmək kimi) ürək-damar sistemini məşq etdirir, infarkt və insult riskini azaldır. Güc məşqləri sarkopeniyanın – skelet əzələ kütləsinin və əzələ funksiyasının yaşa bağlı itkisinin qarşısını almağa kömək edir”.

Onun fikrincə, digər vacib fiziki hərəkət növü tarazlığı inkişaf etdirmək üçün məşqlərdir:

“Yaşa dolduqca müxtəlif səbəblərdən yıxılma riski artır və tarazlıq qabiliyyəti itirilə bilər”.

Mütəxəssis əlavə edib ki, qocalıqda sağlamlığı qorumaq üçün aktiv həyat tərzinə riayət etmək lazımdır.


Abunəlik