Sağlam iftar süfrəsi üçün 10 vacib TÖVSİYƏ
Ramazan ayında sağlam qidalanmaq oruc tutanlar üçün vacibdir.
Qidalanma mütəxəssisi Tuba Örnek balanslı bir iftar süfrəsi üçün aşağıdakı tövsiyələri təqdim edir:
Sahurda lif və zülalla zəngin qidalar istehlak edin – Tərəvəz, meyvə, yulaf ezmesi və dənli çörəklər gün ərzində tox qalmağa kömək edir. Pendir, yumurta, qatıq və kefir kimi zülal mənbələrini unutmayın.
İftara xurma ilə başlayın – Xurma sürətli enerji verir və mədəni rahatladır. Ardınca yüngül şorba içmək həzm üçün faydalıdır.
Əsas yeməkləri sağlam hazırlayın – Qızartmadan, yüksək yağ və duz tərkibli qidalardan çəkinin. Salam, kolbasa və digər işlənmiş məhsullardan uzaq durun.
İftar süfrəsində qatıq və salata yer verin – Həzm prosesini asanlaşdırır və doyumluluğu artırır.
Su istehlakına diqqət yetirin – Yemək zamanı həzmi çətinləşdirməmək üçün az miqdarda içmək, lakin iftardan sonra su qəbulunu artırmaq vacibdir.
Kofeinli içkiləri məhdudlaşdırın – Çay və qəhvə bədəndə maye itkisinə səbəb ola bilər. Orta səviyyədə istehlak edin.
Şirniyyat seçimlərinə diqqət edin – Şərbətli şirniyyatlar əvəzinə süd məhsulları ilə hazırlanan desertlər, meyvələr və ya qoz-fındıq seçmək daha sağlamdır.
Həddindən artıq yeməkdən çəkinin – Uzun aclıqdan sonra birdən-birə çox yemək həzmi çətinləşdirir və sağlamlığa zərər verə bilər.
Duz və şəkər istifadəsini azaldın – Şəkər və duzlu qidalar orqanizmə əlavə yük yaradır.
Fiziki fəaliyyətə davam edin – İftar və sahur arasında yüngül hərəkətlər həzm sisteminə kömək edir.
Bu tövsiyələrə əməl edərək Ramazan ayında sağlamlığınızı qoruya bilərsiniz.