Saçlar haqqında doğru bildiyiniz yalnışlar
Bildiyiniz: Limon suyu saçınızın rəngini açar.
Həqiqət: Saçınıza limon suyu çəkib, günəşin altında dursanız saçınızın rənginin açılacağı, hətta saralacağı söylənilir. Halbuki, bariz bir dəyişiklik olmayacağı kimi, bu hal saç tellərinizin qurumasına da səbəb olur. Əgər süni boya istifadə etmədən saçınızın rənginin açılmasını istəyirsinzsə, rəng açıcı şampunları sınaya bilərsiniz.
Bildiyiniz: Saç gündəlik yuyulmağa ehtiyac duyar.
Həqiqət: Saç üçün ən yaxşı qulluq (xüsusilə quru saçlar üçün ) öz yağıdır, yəni saçınızı hər gün deyil, hətta mümkün olduğu qədər az yumalısınız. Müxtəlif saç növlərinin fərqli ehtiyacları var, yəni qulluq üçün əsasən saçınızın növünə uyğun şampun və krem seçməlisiniz. Quru saçllı insanlar saçlarını 2-3 gündə bir yusalar da, yağlı saça sahib insanlar görünüşlərindən narahat olduqları üçün hər gün saçlarının yumaq məcburiyyətində qalırlar. Təbii ki, daha az saçınızla təmasda olmağınız da onun yağlanma müddətini gecikdirəcək.
Bildiyiniz: Əgər ağ saçınızı qopartsanız, yerinə daha çox çıxacaq.
Həqiqət: Bir saç telinin yerinə yenisinin çıxması üçün 3 həftə və çıxan saçın da gözlə görünəcək uzunluğa çatması üçün əlavə 3 həftə müddət lazımdır. Bu 6 həftəlik müddət ərzində, əgər saçlarınızın arasında daha çox ağ tel görünürsə, bu ötən zamanla ya da sterslə əlaqəlidir, qopardığınız tellə yox. Bununla belə saç tellərini qoparmaq heç də yaxşı bir vərdiş deyildir.
Bildiyiniz: Mayonez saçlara kremdən 2 dəfə çox xeyirlidir.
Həqiqət: Ağır qoxusundan əlavə, mayonez saçınızın yağlı və qarışıq görünməsinə səbəb ola bilər. Yağ, yumurta və sirkədən ibarət mayonez, saçlarınızı olduğundan pis hala salacaq və ağırlaşdıracaqdır. Nəmləndiriciyə ehtiyacınız varsa, daha çox nəmləndirici tərkibə sahib olan və ancaq saç üçün istehsal edilən kremlərdən istifadə edə bilərsiniz.
Bildiyiniz: Qırıqları təmizlətmək, saçların daha tez və sağlam uzanmasına səbəb olur.
Həqiqət: Bunun doğru olmasını çox istəsək də, saçların uclarını kəsdirmək saçınızın daha yaxşı görünməsinə səbəb ola bilər, amma saçın ayda təxminən 1 santimetr uzanması həqiqətini dəyişdirməz. Bu müddəti sürətləndirmək üçün ən yaxşı metod protein baxımından zəngin olan balıq, ət və yumurta yeməkdir.
Bildiyiniz: Haçalanmış saçlarınız düzələ bilər.
Həqiqət: Unutmayın ki, saçların ucundakı haçalanmaları düzəltəməyin yeganə üsulu kəsərək onlardan tamamilə yaxa qurtarmaqdır. Hər hansı bir təmiredici vasitə çətin ki, işə yarasın.
Yuxarıda qeyd edilənlər indiyədək doğru bildiyiniz, lakin əslində yalnış olan həqiqətlərdir. Onu da xatırladaq ki, saçlarınızla bağlı hər hansı ciddi bir probleminiz varsa, həkim məsləhətinə qulaq asmağınız daha vacibdir.\Take.az.