Saç boyası alarkən DİQQƏT – Sağlamlığınızı gözəlliyinizə qurban verməyin

Baxılıb:34
Saç boyası alarkən DİQQƏT – Sağlamlığınızı gözəlliyinizə qurban verməyin

Müasir dövrdə saç boyaları estetik görünüşün və fərdi tərzin ayrılmaz parçasına çevrilib. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, gözəllik naminə sağlamlığınızı riskə atmayın.

Dermatologiya mütəxəssisi Dr. Nermin Bahat saç boyalarının tərkibindəki kimyəvi maddələrin, xüsusilə ammiak və PPD (parafenilendiamin) kimi komponentlərin dəriyə ciddi zərər verə biləcəyini bildirib. O, bu maddələrin saçın təbii quruluşunu pozduğunu və saç tökülməsi, kontakt dermatit kimi problemlərə yol aça biləcəyini qeyd edib.

“Hər dəri tipi fərqlidir. Ona görə də saç boyası seçməzdən əvvəl dermatoloqla məsləhətləşmək mümkün fəsadların qarşısını almaq üçün ən sağlam yanaşmadır,” – deyə Dr. Bahat vurğulayıb.

Mütəxəssis “yamaq (patch) testinin” vacibliyinə də toxunub və boya tətbiq etməzdən əvvəl dərinin kiçik bir sahəsində bu testi etmək vasitəsilə allergik reaksiya riskinin önlənə biləcəyini bildirib.

Dr. Bahat həmçinin təbii tərkibli və dermatoloji cəhətdən sınaqdan keçmiş məhsullara üstünlük verilməsini tövsiyə edib:

“Arqan yağı, keratin və vitaminlərlə zəngin ammiaksız boyalar saç və dəri sağlamlığını dəstəkləyir” .


Abunəlik