Şabranda qaydaları pozan piyada və sürücülərə qarşı tədbir keçirilib

Baxılıb:122
Şabranda qaydaları pozan piyada və sürücülərə qarşı tədbir keçirilib

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydaları kobud şəkildə pozanlara qarşı nəzarət profilaktiki tədbir keçiriblər.

  

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə şəhərin müxtəlif ərazilərində təşkil edilən tədbir zamanı bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb
Yol nişanlarının qarşısında maşın saxlayan, piyada keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıblar.
Nəzarət profilaktiki tədbirlər zamanı qaydaları pozan vətəndaşların diqqətinə çatdırılıb ki, təyin olunmayan yerlərdən yolu keçmək onların həyatları üçün təhlükə doğurur. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


Abunəlik