Şabrana ova getdilər- Polis aman vermədi

Baxılıb:218
Şabrana ova getdilər- Polis aman vermədi

Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxaladı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.


Abunəlik