Sabiq polis rəisi faciəli şəkildə öldü – YENİLƏNDİ
Sumqayıtda yol qəzasında dünyasını dəyişən piyada ilə bağlı detallar üzə çıxıb.
Hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Hazırda araşdırma aparılır.
Lent.az
***
Sumqayıtda avtomobil piyadanı vurub.
Hadisə Bulvar küçəsində qeydə alınıb.
Timur Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə yolu keçən Çingiz Alxanlını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
APA