Sabiq nazir Əli İnsanov sabiqlərdən təşkil olunmuş partiya yaratdı-TƏFƏRRÜAT

Baxılıb:143
Sabiq nazir Əli İnsanov sabiqlərdən təşkil olunmuş partiya yaratdı-TƏFƏRRÜAT

AzTimes.az xəbər verir ki, bu gün , 24 noyabr 2019-cu ildə,siyasi həm fikirlərimlə birlikdə toplantı keçirilib, və  HAQQ ƏDALƏT PARTİYASININ təşkilat komitəsi barədə müzakirə aparılıb.
Təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul edilib.
Səs vermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib.
Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir:
1) Əli İnsanov-sədr
2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri,filologiya elmləri doktoru,professor,Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü-Akademik.
3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı,Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru,Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası,Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.
4) Mirədalət Talışxanov-Hüquqşünas,Masallı rayon Məhkəməsinin sabiq sədri,Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi.
5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri,Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır,iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.
7) İlqar Quliyev-Ekoloq,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı,Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.
Babək Adıgözəlov- Hüquqşünas,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü.
9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır,iqtisadçı mühəndis,sahibkar,Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.
10) Əfqan Sadıqlı- jurnalist,Azel tv-nin rəhbəri.
11) Zaur Bayramoglu- Qazi.
12) Murad Muradov- İctimai fəal.
13) Rəşad Abbaslı- Mühəndis,Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə- Hüquqşünas,keçmiş polis zabiti.
15) Murad Quliyev- İqtisadçı Hüquqşünas,Amerika Birləşmiş Ştatlarında tədqiqatçı.
İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq,partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir