Sabiq millət vəkili vəfat etdi

Baxılıb:66
Sabiq millət vəkili vəfat etdi

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.“Qafqazinfo” xəbər verir ki, 72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib.Sabiq deputat ötən gün Kürdəmir rayonunun Muradxan kəndində, öz doğmalarının yanında dəfn edilib. .Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.

Biz AzTimes.az kollektivi olaraq mərhumun yaxınlarına başsağlığı verir, xatirəsi əziz olsun deyirik.


Abunəlik