Sabiq deputatın oğlu vətəndaşı döydü – Özəl/Foto

Baxılıb:355
Sabiq deputatın oğlu vətəndaşı döydü – Özəl/Foto

Bir müddət əvvəl sabiq deputat Fərhad Qəribov və oğlu Elnur Qəribov tərəfindən aldadılan Fəqan Cəfərov  adlı vətəndaşın şikayətini yaymışdıq. Sabiq deputat, oğlu və qaynı vətəndaşa maddi ziyan vurmaqda ittiham olunur.

Hətta keçmiş deputatın oğlu E.Qəribov bu məsələyə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

AzTimes.az Reportyor.infoya istinadən bildirilir ki, ötən həftə Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Vüqar Ələkbərov şikayətçi Fəqan Cəfərova zəng edərək 19 avqustda Elnur Qəribovla üzləşəcəyini deyib.

Həmin gün BŞBPİ-də gözləmə otağının qarşısında eks-deputatın oğlu ilə rastlaşan vətəndaş E.Qəribov arasında mübahisə düşüb. 200 kiloya yaxın çəkisi olduğu deyilən E.Qəribov F.Cəfərovu polis idarəsinin  darvazasının yanında vuraraq qaçıb.

Hadisə barədə 102 xidmətinə məlumat verilib, təcili yardım çağırılıb. Bel nahiyəsindən yeni əməliyyat keçirmiş F.Cəfərov ağır xəsarət alıb. F.Qəribovla əlaqə saxlamağa çalışırıq.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir