Sabiq əməkdaşdan AzTv sədrinə mesaj: ” Düşünməyə vaxtın olacaq…”
“Dünənki mövzunu davam edək.Gələk kadr siyasəti məsələsinə.Qeyd edildiyi kimi,Rövşən Məmmədov bir tərəfdən işçilərin sayını,
qonorarları,ştat vahidlərini azaldaraq çulunu sudan çıxartmaq istəyir,digər tərəfdən isə yenə də öz bildiyini edir. Nə qədər zərbə vurulsa da AzTV-də kadr potensialı hələ də çox güclüdür.Həm də Rövşənin bəyənmədiyi çox qism köhnə işçiləri fərqləndirən cəhət odur ki,onlar üçün işin mənəvi tərəfi maddiyyatdan daha üstündür.Bəlkə də ona görə illərlə az məvaciblə min bir əziyyətə qatlaşırlar.Həm də yəqin rövşənkimilərə görə öz doğma yerlərini tərk etmək istəmirlər.Bir səbəb də odur ki,dünyada olduğu kimi ölkəmizdə də koronavirus bəlasına görə iş tapmaq çətinləşib.Sərt karantin şəraitində üzləşdiyimiz məhdudiyyətlər çox adamın güzəranına mənfi təsirini göstərdi.Yəni seçim imkanı minimuma endi.Rövşən isə bu məqamda fürsəti əldən verməyərək həm vəziyyətdən,həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçiləri ixtisara saldı. Bildiyimizə görə işə qəbul etmək istədiyi bəzi adamlar artıq AzTV dəhlizlərində görünüblər.Maraqlıdır ki,işçilərin qonorarını,büdcəni azaltdığı bir vaxtda onlara pulu haradan alıb verəcək?
İndi gələk Rövşən müəllimin yeni tapıntısına.Cümşüdova Şəms.Televiziya və Radio Akademiyasının 2021-ci ildəki kurslarının dinləyicisi olub.Heç bir ali təhsilinin olmadığı bildirilir.İndi lap deyək ki,sağ olsun Rövşən müəllim,gənclərə dəstək olur,işlə təmin edir,kimdəsə nəyisə görüb duyur, onların üzərində işləyib çalışır və sair və i.a.Amma yox,hec cür alınmır,Rövşən müəllim.Çünki,rəhbəri olduğun müəssisə adi bir məkan deyil.Belə bir nəhəng KİV-də heç bir təcrübəsi olmayan bir adamı birdən-birə AzTV-nin ən üstün və məsuliyyətli redaksiyalarından birinə-İctimai-Siyasi Proqramlar baş redaksiyasına müxbir vəzifəsinə işə qəbul etməyinə nə ad verək? Bu dinləyicinin nə kimi sosial-siyasi əhəmiyyəti var? Başa düşürəm,İctimai-Siyasi Proqramlar Studiyasının direktoru olmusan.Bəlkə ona görə yaxın hiss etdiyin adamları gözünün qabağına yerləşdirirsən.Bəlkə maddi cəhətdən daha təminatlı redaksiyadır,ona görə.Kreativ ekranında buraxılan siyasi səhvlər bəlkə işə bu cür yanaşmandan qaynaqlanır? Heç bunu düşünmüsən? Düşünməyə vaxtın olacaq…
Saidə Vəliyeva AzTimes az