Sabah yel çərşənbəsidir
Sabah Azərbaycanda yel çərşənbəsi qeyd ediləcək.
Bu, Novruz bayramının üçüncü çərşənbəsidir.
Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.