“Sabah Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq” – Mövlud Çavuşoğlu

Baxılıb:132
“Sabah Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq” – Mövlud Çavuşoğlu

“Sabah Rusiyadan bir nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq”.

AzTimes.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək: “Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək. Bu atəşkəsin daimi sülhə vəsilə olmasını istəyərdik”.

Türkiyə Xarici işlər naziri qeyd edib ki, əvvəllər atəşkəsi pozan Ermənistanın artıq dərs aldığını düşünür: “Bu prosesin nəticələrindən Ermənistan xalqı da faydalanacaq. Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq”.


Abunəlik