Sabah açıq havada uzun müddət qalmayın! – XƏBƏRDARLIQ
İyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil”, – məlumatda deyilir.