Saatlıda ölümlə nəticələnən yol qəzası olub

Baxılıb:211
Saatlıda ölümlə nəticələnən yol qəzası olub

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, rayonun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ.Salmanovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.


Abunəlik