Şəxsi məlumatlar təhlükədədir? – “X” ilə bağlı araşdırma başladıldı

Baxılıb:29
Şəxsi məlumatlar təhlükədədir? – “X” ilə bağlı araşdırma başladıldı

İrlandiyada “X” sosial şəbəkəsi ilə bağlı araşdırma başladılıb.

Bu barədə İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının saytında bildirilib.

Qeyd edilib ki, “Grok” süni intellektini inkişaf etdirmək üçün “X”in istifadəçilərin şəxsi məlumatlarından istifadə etdiyi barədə şübhələr var. Ekspertlər sosial şəbəkənin tam olaraq hansı məlumatlardan istifadə etdiyini və bunun qanuna uyğun olub-olmadığını müəyyən edəcəklər.

Xatırladaq ki, milyarder İlon Mask ötən ilin dekabrında “Grok” chatbotuna girişi “X” sosial şəbəkəsinin bütün istifadəçiləri üçün açıq elan edib.


Abunəlik