Şərurlu İsfəndiyar”ın məşhur “Hollivud”unda dava- Oğlu müştərini döydü

Baxılıb:190
Şərurlu İsfəndiyar”ın məşhur “Hollivud”unda dava- Oğlu müştərini döydü

AzTimes.az xəbər verir ki, bu barədə zərərçəkmiş Rauf Hüseynov məlumat verib . O, bildirib ki, 31 dekabr 2024- cü il tarixində bayramı qeyd etmək üçün anası ilə birlikdə Hollivud restoranında yer rezerv edib. İlk başda hər şey normal olsa da məclisin sonuna yaxın yan stolda əyləşən şəxslər təhqiramiz ifadələr işlədib. Sözügedən şəxs buna etirazını bildirdikdə yeddi nəfər Raufu elə anasının gözü qarşısında döyüb. Hadisədən sonra məlum olub ki, onu döyən şəxslərdən biri Şərurlu İsfəndiyarın oğlu Tanrıverdi imiş. Rauf Hüseynov hadisənin Binəqədi Rayon 5-ci Polis Bölməsində arasdirildığını bildirib.Məsələ ilə bağlı “Şərur MTK” nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirdi ki, Hollivud restoranı uzun müddətdir kı icarədədir.” Orada baş verən heç hadisəyə cavabdeh deyilik “. İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundovun haqqındakı iddialara gəlincə ,məsələdən İsfəndiyar bəyin və şəxsinin məlumatı olmadığını bildirdi .

YENİLƏNİB..

Hollivud restoranının adminstratoru Azər Nəcəfov bizimlə əlaqə saxlayaraq bildirdi ki, Rauf Hüseynovun iddiaları həqiqəti əks etdirmir. O ,ailə üzvləri ilə birlikdə restoranda olub. Amma həmin zaman Tanrıverdi Axundov restoranda olmayıb. Ümumiyyətlə T. Axundov il yarımdır ki, restorana gəlmir. Raufa gəldikdə isə onu heç kim döyməyib. İçkili halda kimləsə mübahisə edib, əraziyə polis çağırıb. Polis gəldikdən sonra heç özü belə kimlə mübahisə etdiyini yadına sala bilməyib.


Abunəlik