Sərt karantin rejminin son saatları yaşanır -FOTOLAR
İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.
AzTimes.az xəbər verir ki, bu gün səhər saat 06:00-da ikinci həftədir tətbiq edilən sərt karantin başa çatır.
Bu gün səhər saat 06:00-dan sonra küçəyə çıxmaq sərbəstdir. Sərt karantin şəraitində bağlı olan obyektlər, marketlər isə fəaliyyətini bərpa edəcək.
Sərt karantin rejiminin bu həftəsonu da tətbiq ediləcəyi isə Operativ Qərargahın qərarından asılı olacaq.