Sərhəddə demarkasiya işləri yekunlaşır: Paşinyanın ailəsinə məxsus qəzet açıqladı
Kirants kəndində sərhədin demarkasiyası işləri artıq yekunlaşmaq üzrədir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.
“Ermənistan sərhəd qüvvələri demarkasiya olunmuş ərazidə sərhədə nəzarəti ələ keçirir. Prosesi həyata keçirmək üçün Kirantsa giriş müvəqqəti bağlanıb”, – nəşr qeyd edib.
Qeyd edək ki, Kirants kəndində sərhəd sütunlar yerləşdirilib və ən son məlumata görə onların yanında silahlı və maskalı sərhədçilər dayanıb.