Səndən sənə şikayət

Baxılıb:209
Səndən sənə şikayət

Sənsizlik? Gətirib taleh in fırtınasına təslim etdiyin şəhərin burulğanında boğulmaqdır. Hər metro ekskalatorunda qarşı tərəfdəki toplumda səni tapmaq ümidlidir. Xatirə buraxdığın hər məkanın yanından gözüyumulu keçməkdir. Kiminsə sözlərində, gözlərində, nəvazişində, müraciətində səni tapmaq ümididir…..özünü itirmək, sonra itirdiyin məni axtarmaqdır sənsizlik…..Saxta qəhqəhələr kölgəsində kədərini gizlətmədir.qırılmış, aldanmış, təhqir olmuş şəxsiyyətini məğrur, güclü, xoşbəxt qadın maketi ilə boyamaqdır sənsizlik. Yad baxışlardan, toxunuşlardan özünü qorumaq üçün həyatında kiminsə var olduğunu nümayiş etdirməkdir sənsizlik. Hər süzgün baxışda səni tapmaq yanğısı…Gecə siyah yorğanını sərdiyi zaman tənhalıq boğazına çökəndə yalnız bizə aid olan mahnını tək dinləməkdir. Bir addım qədər yaxın olduğu halda bir xəyal kimi olduğunu düşünəndə acizliyini,gücsüzlüyünü anlayıb çökməkdir. Qadınlığını şoxdan unutmaqdır sənsizlik
Bütün bunları mənə yaşadan sən- xoşbəxt ola bilərsənmi?

Pərvin Abışova


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir