Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

Baxılıb:269
Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə,  polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov,  Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun rayonun Qapanlı kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 345 ədəd ümumi çəkisi 121 kq 800 qram olan narkotik çətənə kolu həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçünü zəruri alətlər aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər cari ilin may ayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərara gəldiklərini etiraf ediblər.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxslər çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiklərini bildirsələrdə digər xüsusatlar da istisna edilmir. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Abunəlik