Şəmkir sakini ildırım yox, ürəktutması nəticəsində ölübmüş… – Yeniləndi

Baxılıb:33
Şəmkir sakini ildırım yox, ürəktutması nəticəsində ölübmüş… – Yeniləndi

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.

Bu barədə mərhumun yaxınları təsdiq edib.

Onun bədən nahiyyəsində heç bir yanıq xəsarətləri aşkar edilməyib. Mərhum bioloji ölüm keçirib.

Məlumat üçün qeyd edək ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ilkin olaraq ildırım vurmadan öldüyü ehtimal olunurdu.

***

Şəmkir sakini ildırım vurması nəticəsində ölüb.

Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini 56 yaşlı F. Bağırov ildırım vurması nəticəsində vəfat edib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


Abunəlik