Şəkidə güclü MEŞƏ YANĞINI – Xeyli canlı qüvvə cəlb olundu
Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsi bildirir ki, hadisə yerinə bir neçə texnika, canlı qüvvə səfərbər olunub. Eyni zamanda, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Baş Şabalıd, Baş Göynük, Şin və Baş Laysqı kəndlərindən sakinlər də yanğının söndürülməsinə cəlb edilib.
Ərazi yüksək dağlıq və əlverişsiz olması texnikaların hərəkətini çətinləşdirir. Ona görə yanğının söndürülməsi zamanı ancaq əl vasitələrindən istifadə olunur.
