Şəkidə beşmərtəbəli binada partlayış – qaz sızması səbəb olub

Baxılıb:329
Şəkidə beşmərtəbəli binada partlayış – qaz sızması səbəb olub

Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən AzTimes.az-a verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir