Şəkidə ağır yol qəzası baş verib

Baxılıb:172
Şəkidə ağır yol qəzası baş verib

Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Şəkidə baş verən yol qəzasında beş nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Vərəzət kəndində baş verib.
Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili ilə Elçin Məmmədovun sükanı arxasında olduğu “Qazel” markalı yük avtomobil toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 19 yaşlı Həsən Əhmədov aldığı ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Qəza zamanı daha dörd nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir