Şəki zibillik içindədir-FOTO
AzTimes.az xəbər verir ki, Şəki şəhərinin Hikmət Ziya küçəsində anti-sanitariya hökm sürür. Hələ sovet dövründən turizm məkanı olan, hər il minlərlə turist qəbul edən şəhərin onsuz da başdan aşan problemlərinə bir də zibillik bəlası əlavə olunub. Küçənin bu vəziyyəti dünyada və ölkədə COVID-19 kimi dəhşətli bir bəlanın tüğyan etdiyi zamanda ölüm mənbəyidir.
Rəşad Rafiqoğlu AzTimes.az