Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi

Baxılıb:117
Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi

“Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar”.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bildirib.

O vurğulayıb ki, kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər:

“Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər.

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.


Abunəlik