Səhiyyə nazirinin müavini koronovirusla bağlı karantində qalanların sayını açıqladı

Baxılıb:179
Səhiyyə nazirinin müavini koronovirusla bağlı karantində qalanların sayını açıqladı

“Koronavirus artıq dünyanın 187 ölkəsində aşkar olunub, təxminən 300 min əhali virusa yoluxub, 13 mindən çox adam vəfat edib”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O bildirib ki, fevral və mart ayında əsasən bu virus ölkəyə idxal olunurdu, yəni vətəndaşlar bu virusa xarici ölkələrdə yoluxub qayıdırdı: “İndi isə artıq ölkə daxilində də virusa yoluxma baş verir. Ona görə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Heç bir ölkənin səhiyyə sistemi bu virusa tam hazır deyildi. Hətta bəzi ölkələrdə yalnız ağır vəziyyətdə olanlar müalicə olunurdu. Virusa yoluxan təxminən 15-20 faiz xəstədə oksigen terapiyası, 5 faizində isə ağciyərlərin süni ventilyasiyana ehtiyac olur. Ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı, spirt tərkibli məhlullardan istifadə olunmalıdır. Eyni zamanda vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərilməlidir”.
Səhiyyə naziri yaşı 65-dən çox olan vətəndaşların evdən çıxmasına qadağa qoyulması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu qərar yaşı 65-dən yuxarı olan tibb işçilərinə aid deyil: “Yaşı 65-dən yuxarı olan tibb işçiləri öz vəzifə borcunu yerinə yetirəcək. Bu qərar tək yaşayan vətəndaşlar üçün nəzərdə tutulub”.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir: “Virusa yoluxanlar, əsasən, 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələn, digərləri ölkə daxilində yoluxanlardır”.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir