Şəhid Pəncəli Teymurovun qardaşı Prezidentə müraciət edib

Baxılıb:112
Şəhid Pəncəli Teymurovun qardaşı Prezidentə müraciət edib

Əfsanəvi kəşfiyyatçı, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, 2016-cı il Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun qardaşı Famil Teymurov  müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezideti İlham Əliyevə müraciət edib.

O, bildirib ki, maddi şəraitini yaxşılaşdırmaq üçün Astararın Çayoba kəndində 53 hektar torpaq sahəsi alıb və həmin torpaq sahəsində 500 sitrus meyvə ağacı əkib.
Şəhid ailəsinin sözlərinə görə, Astaranın Kakalos  kənd sakini Məmmədov Malik Rəfi oğlu qardaşları
Xaliq Rəfi oğlu Məmmədov və Tələt Rəfi oğlu Məmmədovun köməkliyi ilə torpaq sahəsini saxta sənədlərlə məhkəmə vasitəsi ilə əllərindən alıblar.
O qeyd edib ki, Məmmədov Malik Rəfi oğlu Astara rayon Mərkəzi xəstəxanasının direktoru və Lənkəran rayon Mərkəzi xəstəxanasının direktoru vəzifəsində çalışıb. Bununla yanaşı, Malikin qardaşları Xaliq Məmmədov SOCAR-da, Tələt Məmmədov isə “Astaraçay” MMC-də sektor müdiri vəzifəsində çalışır.
“Mənim qardaşım şəhid Pəncəli Teymurov Azərbaycanın işğal altında olan torpaqlarını ermənilərdən almaq uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.
Sizdən mənim əlimdən alınan torpağın geri qaytarılmasına kömək etməyinizi xahiş edirəm”,-deyə şəhid Pəncəli Teymurovun qardaşı ölkə başçısından xahiş edib.


Abunəlik