Şəhid oğlundan nazirə sərt cavab:”Hər dörd maşından ikisi…”

Baxılıb:213
Şəhid oğlundan nazirə sərt cavab:”Hər dörd maşından ikisi…”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlaması fikir ayrılığına səbəb olub. Müxtəlif peşə sahibləri məsələyə münasibətləriniozunəməxsus şəkildə bildirib.AzTimes.az xəbər verir ki,
şəhid oğlu, iqtisadçı Asif İbrahimov öz Facebook hesabında maraqlı statusla fikir bildirib.
“Azərbaycanda hər dörd maşından ikisi taksidir, Azərbaycanda hər on nəfərdən beşi kafe, restoranlarda və digər ictimai iaşə obyektlərində çalışır.Turizm, əyləncə və digər yardımçı sahələr tamamilə dayanıb,fermerin vəziyyəti isə göz qabağındadır.Buna artıq böhran da demək düzgün deyil.İqtisadiyyatımız demək olar ki, tamamilə dayanmaq ərəfəsindədir.
Bütün bunların fonunda bugünki açıqlamasında cənab nazir bir çox aztəminatlı ailənin ümidini puç elədi.Mən hər zaman demişəm, yenə də deyirəm ki, bu adam öz yerində olmayan adamdır.
Hər il ölkə başçısına verdiyiniz statistikalarda Azərbaycanda işsizlik əmsalını 4-7% faizlə göstərirdiniz.190 manat yardımın ödənilməli olduğu əhalinin sayını ölkə başçısına 200 min nəfər təqdim etmişdiniz və bu sahədə atılacaq addımlar 200 min vətəndaşımıza uyğun hesablanmışdır.İndi cavabını verin görək bu qədər işsiz hardan çıxdı? Düzgün statistik rəqəmlər vermədikdə heç vaxt düzgün qərar qəbul edə bilməzsən.
Böhranın baş verməsinin bir üstün cəhəti də odur ki,hökümətə və dövlətə daha çox zərər verən şəxsləri müəyyən etmək asan olur.”


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir