Şəhid oğlu buna görə həbs edildi-VİDEO
Bildirilir ki, şəhid oğlu blogger Ziya Mahmudov bu videoya görə həbs olunub.
AzTimes .az xəbər verir ki, Ziya Mahmudov Tərtər sakinidir,o, mütəmadi olaraq rayonda baş verən özbaşınalıqları qanunsuzluqları şəxsi “Facebook ” hesabı vasitəsiylə ictimailəşdirirdi. Rayonun ictimai həyatında fəallıq nümayiş etdirən gənc Milli Məclisə seçkilər zamanı 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüş, Sahib Alıyevlə rəqib olmuşdur. Ziya Mahmudov həmçinin seçkilərdə baş vermiş pozuntuları ifşa etmiş, seçki saxtakarlığını əks etdirən videoları ictimailəşdirmişdir.
Son günlər Tərtər rayonu ərazisində bayraqların müəmmalı şəkildə endirilməsinə etiraz yürüşlərini ictimailəşdirmiş, canlı yayımlanan aksiyanı 1600 -dən çox insanın izləməsinə vəsilə olmuşdur. Dünən Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun haqqını taptayaraq torpağını satdığı, qəbula getdikdə isə” şəhid mənim üçün şəhid olmayıb ki..” dediyini iddia edən şəhid bacısının,əqli qüsurlu övladı ilə qəbulə gələn ananın şikayətini ictimailəsdirdiyi üçün həbs olunub.
Nəzərinizə çatdıraq ki, bu Müstəqim Məmmədov haqqında irəli sürülən ilk ittiham deyil. Bir müddət öncə onun qəbula getmiş qadına nalayiq sözlər dediyi səsyazısı yayılmışdı.
Pərvin Abışova AzTimes.az